Mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq
- 11-01-2020, 13:16
- 1 212
Martın 8-i bazar gününə təsadüf etdiyindən ayın 9-u da qeyri-iş günü hesab olunacaq.
Beləliklə, martın 7-si (şənbə), 8-i, 9-u qeyri-iş günüdür. Martın 10-u isə iş günüdür.
Novruz bayramı ilə əlaqədar martın 20-24-də iş olmacayaq. Ayın 21- şənbə, 22-si bazar gününə təsadüf etdiyindən martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunacaq. Martın 27-si isə iş günüdür.
Ümumilikdə, bayramlarla əlaqədar mart ayında 10 gün iş olmayacaq.