Sakinlərə borcu olan MTK rəhbəri vəziyyətdən belə çıxır... - Təhlükəli mənzərə...
- 10-01-2020, 01:15
- 1 227
Unikal.org xəbər verir ki, paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən 15 mərtəbəli yaşayış binasının üzərində əlavə olaraq, artırma işləri aparılır. Belə ki, V massivdə yerləşən binanın üzərində əlavə olaraq iki mərtəbənin tikilməsi üçün işlər aparılır. Buna da səbəb tikintini aparan "Badü-Kübe" MTK rəhbərliyinin bir evi 2-3 şəxsə satması səbəb olub. Sahibkar bununla zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri ödəyəcəyini düşünür.