SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Toya getməyi qızdırma içində boğulan azyaşlıdan üstün tutan tibb bacıları - ŞİKAYƏT

Toya getməyi qızdırma içində boğulan azyaşlıdan üstün tutan tibb bacıları - ŞİKAYƏT

Tarix:

8-01-2020, 12:48

/ 1 272 dəfə oxundu.
Toya getməyi qızdırma içində boğulan azyaşlıdan üstün tutan tibb bacıları - ŞİKAYƏT

Qızdırmalı vəziyyətdə olan azyaşlı uşağa gələn Təcili Tibbi Yardım əməkdaşları ona kömək edə bilməyəcəklərini bildiriblər. Eyni zamanda Səhiyyə Nazirliyi də yaranmış vəziyyətə biganə münasibət göstərib.

Bu barədə correct.az-a xəstənin yaxınları məlumat veriblər.

Xəstənin yaxını Rövşən Əsədov saytımıza bildirib ki, bir neçə gündür yüksək hərarətdən əziyyət çəkən azyaşlı üçün 103-ə, Təcili Tibbi Yardıma müraciət ediblər. Lakin gələn əməkdaşlar sistem köçürtmək üçün icazələrinin olmadığını bildirərək kömək etməkdən imtina ediblər: “6 yaşlı uşaq artıq 5 gündür ki, naməlum virusa yoluxub.

Hərarət müxtəlif yollarla salınsa da, yenidən yüksəlir. Hərarət salan dərmanların isə çox istifadəsi azyaşlı uşaqda problem yaratdığı üçün biz uşaq həkiminə müraciət etdik. Həkim isə sistem köçürülməli olduğunu bildirdi. “Qobu Park 2” yaşayış massivinin həyətində fəaliyət göstərən Tibb Məntəqəsinin tibb bacıları isə toya gedəcəklərini bildirərək sistem köçürtməkdən imtina etdilər. Çarəsizlikdən Təcili Tibbi Yardıma zəng etdik. Gələn əməkdaşlar isə sistem köçürtməyə icazələrinin olmadığını bildirdilər. Bizi köməksiz vəziyyətdə tərk etdilər.

Yenidən 103-lə əlaqə saxlasaq da onlar özlərinə haqq qazandırdılar, sistem köçürtməyə icazələrinin olmadığını bildirdilər. Çarəsizlikdən Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etdim. Nazirliyin verdiyi cavab isə məni bu problemlərin ortasında güldürdü. Cavab verdilər ki, Bakıda və eləcə də Respublikanın bütün rayonlarında fəaliyyət göstərən Tibb Müəssisələri Səhiyyə Nazirliyinə tabe deyil.

Həmçinin 0125953539 nömrəsinə zəngimiz zamanı suallarımızı cavablandıran ad soyadını təqdim etməyən, bunun qanunla qadağan olduğunu bildirən “Operator 1” əlavə etdi ki, bunun üçün İcbari Tibbi Sığortaya müraciət etmək lazımdır.

Bu necə səhiyyə sistemidir, azyaşlı uşaq hərarətdən şoka düşsə, yaxud hansısa bir ciddi problemlər yaşansa məsuliyyəti kim daşıyacaq? Biz daha hansı quruma müraciət edək ki, sağlamlığımızın qeydinə qalınsın. Yoxsa elə canımız ağrıyanda da prezidentə müraciət etməliyik?”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, sabiq kriminalist müxbir Pərviz Əbubəkirovla əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verilməyib.

Şərhlər

XƏBƏR LENTİ