“Ege Hospital şəfa ocağından daha çox, bir qrup qəssabın yığışdığı cəlladxanaya oxşayır”
- 30-12-2019, 13:10
- 1 158
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış telejurnalist Elmar Əbilov deyib.
“Bizlə eyni vaxtda rayondan gələn xəstənin ürəyinə stend qoymaq üçün dedikləri puldan əlavə ödəniş tələb edirdilər deyə yaxınları pərişan durumda idi. Yazıqlar əllərində nə var idi, hamısını yığıb əvvəlcə dedikləri məbləği ödəmişdilər. Üstəlik həmin insanın əməliyyatdan sağ çıxacağına da zəmanət vermidilər. Siz həmin insanların onlara yalvarışlarını görəydiniz. Amma cəllad kimi durmuşdular, bir qram mərhəmət hissi yox idi Ege Hospitalın işçilərində. Ödənişi etdikdən sonra kassa çeki tələb edirəm, kassir qız qeri-adi söz eşidirmiş kimi matıxıb sifətimə baxdı. Dedi bizdə belə şey yoxdur. Dirəşdim deyə, sonunda bezib verdi. Amma, fikir verdim, məndən başqa heç kimə kassa çeki vermirdilər. Hörmətli, Vergilər Nazirliyi mütləq orda yoxlamağa başlamanız lazımdır!” – E.Əbilov qeyd edib.
Qeyd: "Ege Hospital"la bağlı mətbuatda dəfələrlə neqativ yazılar dərc olunub. Bu yazıların əksəriyyəti xəstə ölümləri ilə nəticələnən hadisələrlə bağlıdır.