Prezident Ayna Sultanovanın adına olan parkda aparılan yenidənqurma işləri ilə tanış oldu - FOTOLAR

Sosial

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.