Bakıda qəribə nişanlar: biri düzünə getməyə icazə verir, o birisi isə yox - Foto
- 26-12-2019, 01:47
- 764
Avtosfer.az-a istinadən xəbər veririk ki, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yolun sağ zolağına 1.18 nişanlanma xətti çəkərək həmin zolaqdan hərəkət yalnız sağa məcbur edilib. Lakin ondan bir neçə metr əvvəldə quraşdırılan 5.8.1 nişanı isə sağ zolaqdan həm düzünə, həm də sağa dönməyə icazə verir.
Nişanlar arasında bu cür ziddiyətin olması yolverilməzdir. Ümid edirik ki, aidiyyəti qurumlar bu problemi aradan qaldıracaq.