Prezident bu qanunları ləğv etdi

Sosial

Prezident İlham Əliyev bu gün iki qanunun ləğv edilməsi haqqında qərar imzalayıb.

Prezidentin imzaladığı sənədə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və ““İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunları ləğv edilib.

Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.