Bakıda “ölüm avtobusu” - Video
- 7-04-2017, 16:11
- 106 703
Vətəndaş Elnur Adilov müraciət edərək həmin marşrut üzrə hərəkət edən avtobuslarda qaydalara əməl olunmadığını, insanların həyatının təhlükəyə atıldığını bildirib. O deyib ki, avtobus hərəkətdə olarkən 10-a yaxın şəxs qapıdan sallanaraq gedir.
E.Adilov bunu əks etdirən video görüntüləri təqdim edib.
Həmin marşrut xətti üzrə avtobusların sayının artırılması yaxud irihəcmli avtobusların istifadəyə verilməsi barədə Bakı Nəqliyyat Agentliyinə edilən şikayətlərə isə heç bir reaksiya verilməyib.
“Qafqazinfo”