XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kristal Abşeron cərimə edilib

Kristal Abşeron cərimə edilib

Kristal Abşeron cərimə edilib
23-12-2019, 11:17

"Kristal Abşeron” MTK reklam haqqında qanunvericiliyin pozulmasına görə 5 min manat cərimə edilib.

Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7 oktyabr 2019-cu il qərarından“Kristal Abşeron” MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2003-cü ildə yaradılan “Kristal Abşeron" MTK böyük tikinti layihələrini həyata keçirir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.