"Optimal Ekeltronika” cərimələndi – QƏRAR
- 20-12-2019, 15:07
- 1 321
Pravda.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ptotokol yazıb.
Bu protokola əsasən, Yasamal Rayon Məhkəməsinin çıxardığı 9 oktyabr 2019-cu il tarixli qərardan “Optimal Ekeltronika” apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun icraatındadır.