Səyyar qeydiyyat xidməti bu həftə Yasamal rayonunda təşkil ediləcək
- 16-12-2019, 15:34
- 814
16-20 dekabr tarixlərində növbəti səyyar qeydiyyat kampaniyası Yasamal rayonunun 5 ünvanında vətəndaşların xidmətində olacaq və həftə ərzində mobil ofislərdə göstəriləcək xidmət ümumilikdə 900-ə yaxın mənzili əhatə edəcək.
Səyyar qeydiyyat xidməti 16-17 dekabr tarixlərində Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, 2, 18 dekabrda A.M.Şərifzadə küçəsi, məhəllə 3159, 19 dekabrda 442-ci məhəllə, M.F.Axundov küçəsi, 150A, dekabrın 20-də isə D.Bünyadzadə küçəsi, 11e ünvanlarında yerləşən çoxmərtəbəli binaların həyətində təşkil olunacaq.
Xidmətdən istifadə etmək istəyənlər göstərilən tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını mobil qeydiyyat ofisinə təqdim etməlidir.