Sabah hava necə olacaq?
- 6-04-2017, 15:01
- 111 131
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 14-18, Bakıda gecə 4-6, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə isə aprelin 09-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.