"Bank of Baku" vətəndaşı intihar həddinə çatırıb - ŞİKAYƏT
- 6-04-2017, 10:13
- 112 024
"Banka müraciət etdim məndən 4500 dollar pul istədilər ki, ödənişi dollardan manata keçirilsin.İkinci təklifi isə 15 manatla aldığım kriditi bağlasinlar. Banka ərizə ilə müraciət etdim ki, bu məsələ məhkəmə yoluyla həll olunsun müraciət etdiyim 4 aydır ki, məhkəməyə verməyi uzadılır".
Vətəndaş Güloğlan Əhmədov qeyd edir ki,artıq "Bank of Baku" onu elə bir həddə çatdırıb ki,artıq intihar həddinə çatıb.
"İndi bilmirəm nə edim.Çarəsizlik elə bir həddədir ki,ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva müraciət edirəm: Mehriban xanım düşdüyümüz bu vəziyyətdən çıxmağım üçün "Bank of Baku" rəhbərliyinə təsir etmənizi rica edirəm".
Redaksiyadan: Vətəndaş Əhmədov Güloğlanın irəli sürdüyü iddialarla bağlı "Bank of Baku"rəhbərliyinin mövqeyini dinləməyə hazırıq.