Böyük yanğın deyil ki, Heydərov ora gəlsin - Generaldan AÇIQLAMA
- 10-12-2019, 13:59
- 867
Unikal.org-a eksklüziv açıqlama verən Etibar Mirzəyev bildirib ki, ilkin ehtimala görə hadisə qısaqapanmadan baş verib:
"Yanğının söndürülməsi üçün 3 helikopter və 1 təyyarə hadisə yerinə cəlb edilib. Hazırda yanğın tam məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır”.
Etibar Mirzəyev hadisə yerinə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun gəlməməsinə isə belə münasibət bildirib:
“Nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir. Böyük yanğın deyil ki, Kəmaləddin Heydərov ora gəlsin”.