XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kardiologiya İnstitutunda korrupsiya yoxlamaları - İDDİA

Kardiologiya İnstitutunda korrupsiya yoxlamaları - İDDİA

Kardiologiya İnstitutunda korrupsiya yoxlamaları - İDDİA
10-12-2019, 09:46

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Gülnaz Dadaşovanın təyinatı ilə başlanan problemlər hələ də bitmək bilmir. Ötən günlərdə tibb ocağında yaranmış su və istilik böhanı barədə mətbuat səhifələrində məlumat verilmişdi. Bunun ardınca bəlli oldu ki, su problemi hələ qalsa da istlik qismən həll olunub.

“İstilik verilməsi üçün pul yığılmalıdır “deyən rəhbərlik bir gün sonra problemi qismən həll edir. Bütün bunlar göstərir ki, problem bilərəkdən yaradılır və necə deyərlər Gülnaz Dadaşova kimlərisə bu yolla “nakazat” edir. Əslində bura bir tibb ocağıdır və burada müalicə alan adamlar ən ağır xəstələr hesab olunur. Ürək xəstələrini soyuq otaqlarda saxlamaq, onların müalicəsi üçün ayrılan dərman pereparatlarını satmaq əsirlikdə girovlarla davranış kimi bir şeydir. Xəstələrin mətbuata verdiyi açıqlamalardan bunun açıq-aydın görmək mümkündür.

Kardiologiya İnstitutunda daha ciddi problemlərin varlığı barədə artıq hər kəs məlumatlıdır. Yəqin ki, Səhiyyə naziri Oqtay Şirəliyev də bu direktorun əməllərindən xəbərdardır. Həmçinin redaksiyaya daxil olan məlumata görə, Kardiologiya İnstitutunda artıq korrupsiya yoxlamaları başlayıb.

Məlumatda qeyd olunur ki, bu günlərdə xəstələrdən biri ondan pul tələb etdiyi üçün aidiyyatı qurumlara şikayət ünvanlayıb. Elə bu müraciət əsasında da instituta gələn yoxlama hər kəsin ifadəsini alıb, baş vermiş neqativ halların şahidi olub. Bildirilir ki, məlum yoxlamadan sonra institutda ciddi narazılıq baş qaldırıb və professor və həkimlər ciddi şəkildə baş verənlərə etirazlarını bildiriblər.

İşin ən aktual tərəfi artıq Gülnaz Dadaşovanın ən yaxın adamlarının ondan üz döndərməsidir. Belə ki, direktorun ən xas adamı hesab olunan Nailə Fərəcova adlı həkim ilə bağlı müəyyən dairələrə şikayətlər ünvanlanıb.

Əsasən xəstələrin etdiyi müraciətlərdə olduqca ciddi faktlar yer alır. Bu müracitlərdən xəbər tutan Nailə Fərəcova bir qədər kənara çəkilib və özünü gələcəkdə baş verə biləcək yoxlamalardan sığortalamaga çalışır.

Sonuncu özünə yaxın olan şəxslərə ehtiyyatlı olmağı və baş direktorun oyunlarına alət olmamağı tapşırıb. Lakin hələ də Fərəcovanı özünə yaxın bilən baş direktorun isə baş verənlərdən xəbəri yoxdur.

Yaxın günlərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda rəhbər şəxlərin xəstələrə olan münasibətini əks etdirən fakrlatla oxucuları tanış edəcəyik.

//bizimxeber.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.