Dövlət Məşğulluq Xidməti ötən həftə 23 rayonda gənclər üçün təlimlər keçirib
- 9-12-2019, 17:46
- 743
Xidmət ötən həftə 23 rayonda bu istiqamətdə təlimlər təşkil edib.
Təlimlərə 400-ə yaxın gənc cəlb olunub. Onlara karyera planlaması, komandanın qurulması, öz işgüzar keyfiyyətlərini, peşə və ixtisas bacarıqlarını işəgötürənə düzgün təqdimat etmək, müsahibəyə hazırlıq, CV, rezume yazılması, işə daxil olmaq üçün müsahibə mərhələsindən keçmək və digər sahələr üzrə nəzəri və praktik biliklər öyrədilib.
İlin sonuna kimi davam edəcək təlimlər respublikamızın bütün şəhər və rayonlarını əhatə edəcək.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏ