Lələtəpə döyüşçüsü məhkəmələrdə qalıb... - Müraciət...
- 9-12-2019, 09:50
- 794
"Məlumat üçün Sizə bildirmək istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 04.07.2015-ci ildən 29.09.2015-ci ilədək 704 saylı hərbi hissədə, 30.09.2015-ci ildən 01.01.2017-ci ilədək 181 saylı hərbi hissədə xidmət etmişəm. 04 aprel 2016-cı ildə döyüşlərində yaralanmışam və hal-hazırda ehtiyatdayam.
2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda “Lələ-Təpə” istiqamətində döyüşlərdə iştirak edmişəm.
24.08.2017-ci ildə mənə 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliktəyin edilmişdir.
Qeyd etmək istəyirəm ki, bununla əlaqədar olaraq 24.08.2017-ci ildə mənə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya xidmətinə müraciət etmişəm və mənə 24.08.2017-ci il tarixdən 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə əlillik təyin olunan gündən etibarən pensiya alırdım.
Lakin noyabr 2019-cu ildə yenidən elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, əlilliyim əsassız olaraq ləğv edilmişdir.
Bu barədə 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməyə müraciət etmişəm.
Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi və mənim əliliyimin etibarlı sayılması üçün Daxili İşlər Nazirliyinin Hospitalı tərəfindən 4110003AABQW f 88 bərpa edilməsi üçün DTSERX-nə məktum göndərilməsinə və 24.08.2017-ci il tarixdən 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyimin elektron sistemdə bərpaedilməsinə köməkdarlıq edəsiniz.
Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm".
Qarşı tərəfi də dinləməyə hazırıq...