Yer kürəsi üçün böyük təhlükə: aprelin 19-da dünya dağıla bilər

Sosial

Aprelin 19-da Yer kürəsinə olduqca yaxın məsafədən nəhəng meteor keçəcək.

Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) açıqlama verib. Bildirilib ki, həcmi 640-1400 metr arasında olan nəhəng səma cismi Yerə 1,7 milyon km məsafəyə qədər yaxınlaşacaq. 2014-cü ildə kəşf edilən bolidə “2014 JO25” verilib. “2014 JO25” son 400 ildə Yer kürəsinə yaxınlaşan ən böyük səma cismidir. Qarşıdakı 480 il ərzində planetimizə bu həcmdə bolidin yaxınlaşmayacağı qeyd olunur.