Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb
- 6-12-2019, 11:52
- 713
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 6 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılmışdır.