HALI PİSLƏŞƏN SAKİNƏ POLİS KÖMƏK ETDİ
- 30-11-2019, 18:32
- 1 263
Polis əməkdaşları dərhal sakinə ilkin tibbi yardım göstərdikdən sonra onu rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanada məlum olub ki, rayon sakini Tural Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkir. Müəyyən tibbi köməklik göstərildikdən sonra evə buraxılan T. Əsgərov göstərilən köməkliyə görə polis əməkdaşlarına öz təşəkkürünü bildirib.