XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Gürcüstan vətəndaşları Bakıda etiraz aksiyası keçirdi - FOTO

Gürcüstan vətəndaşları Bakıda etiraz aksiyası keçirdi - FOTO

Gürcüstan vətəndaşları Bakıda etiraz aksiyası keçirdi - FOTO
27-11-2019, 14:40

Bakıda yaşayan Gürcüstan vətəndaşı olan azərbaycanlılar etiraz aksiyası keçirib.

Pravda.az-ın xəbərinə görə, buna səbəb Gürcüstan qeydiyyatlı avtomobillərin Azərbaycana daxil olarkən tələb olunan ödənişin miqdarının yüksək olmasıdır.

“Biz həmin avtomobillərlə çörək pulu qazanırıq. O rüsumlar alverçilər üçün tətbiq edilsə, başqa məsələ. Axı biz maşın alqı-satqısı ilə məşğul deyilik. Ölkə rəhbərliyindən xahiş edirik ki, bu məsələni nəzarətə götürsün. Bizim vəziyyətimiz nəzərə alınmalıdır” – Aksiya iştirakçıları qeyd edib.

Xatırlatma: Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub ki, xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb. Komitənin sədri Səfər Mehdiyev bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır: "Gömrük Məcəlləsinin 305 saylı qərarının 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman bir gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir. Bundan sonra bir ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir".

Gürcüstan vətəndaşları Bakıda etiraz aksiyası keçirdi - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.