Dövlət əmlaklarının icarəyə verilməsindən büdcə daxilolmaları 129 faiz icra olunub
- 22-11-2019, 10:42
- 803
Dövlət əmlaklarının icarəyə verilməsi prosesinin stimullaşdırılması məqsədilə bu istiqamətdə innovativ yanaşmalar tətbiq olunur. İstifadəçilərin icarə haqqını rahat ödəməsinin təmin edilməsi ilə bağlı elektron xidmət tətbiq olunmaqdadır. Belə ki, “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti dövlət əmlakının icarəçilərinin çevik formada icarə haqqı borcunun öyrənməsinə və ödəməsinə şərait yaradır. Məbləğin öyrənilməsi ilə bağlı digər vasitə 9193 SMS xidmətidir.
Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı görülmüş işlər nəticəsində bu kateqoriyadan olan dövlət əmlaklarından 261-nə dair icarə müqaviləsi bağlanmış, 450 icarə müqaviləsinin isə müddəti uzadılmışdır. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə gəldikdə isə bu dövlət əmlaklarına dair ümumilikdə 52 icarə müqaviləsi bağlanmış, 34 icarə müqaviləsinin müddəti uzadılmışdır.