Prezident “28 May” stansiyası ətrafında sakinlərlə görüşdü, problemləri dinlədi

Sosial

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "28 May” stansiyası ətrafında sakinlərlə görüşüb.

Görüntülərdən aydın olduğu kimi, dövlət başçısı sakinlərlə görüşüb və onların problemlərini dinləyib.

Prezident sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb.

Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib.