Azərbaycanda tanınmış tikinti şirkəti BÖLÜNDÜ
- 18-11-2019, 11:10
- 1 050
2001-ci ildə yaradılmış "Şərur" MTK 123 min manat nizamnamə kapitalına malik olub. Şirkətin qanuni təmsilçisi İsfəndiyar Axundovdur.
2018-ci ilin Dekabr ayında “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşulmuşdu. “Stil Tikinti” MTK isə ləğv olunduğunu elan etmişdi.
“Şərur” MTK isə “Stil Tikinti” MTK-nın ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdi.
2004-cü ildə yaradılmış “Stil Tikinti” MTK-nın qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.
Beləliklə, 2018-ci ilin Dekabr ayında “Şərur” MTK-ya “Stil Tikinti” MTK olaraq birləşən şirkət 2019-cu ildə “STİL TİKİNTİ 2019” MTK adı ilə ayrılır.
Marja