Müştərilər “AtaBank”dan pullarını ala bilmir

Sosial

"AtaBank” müştərilərinin 4 gündür hesablarına köçürülən pulları qaytarmır.

Unikal.org xəbər verir ki, müştərilərin əksəriyəti 4 gündür hesablarına köçürülən vəsaiti çıxara bilmirlər.

Bank bəzi müştərilərinə hesablarında olan pulun müəyyən hissəsini götürməsini də tövsiyyə edir. Bununla razılaşmayan müştərilərə isə “gözləyin və yaxud pul yoxdur” cavabı verilir.