Xətai rayonunda Şərurlu İsfəndiyar Balaxanı zibilliyi yaradır
- 14-11-2019, 11:25
- 2 199
Vətəninfo.az-a bununla bağlı daxil olan məlumatda qeyd edilir ki,8 ədəd binanın 3-də Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərə mənzillər mənzillər bağışlayıb.Hal-hazırda binalar çox bərbad gündə olmasına baxmayaraq,Şərur MTK rəhbərliyi hər ay kamunallar yığır. Amma heç bir təmizlik yoxdu bu binalarda.Binanın arxası-qabağı, blokların içi zibil əlindən iy tutub iylənir.
Dəfələrlə Şərur MTK ofisinə zəng edib şikayət bildirilsə də "həll edərik" deyib sakinləri yola verirlər.Amma heç nə həll olunmayıb.Binanın qarajı yəni binanın altı su içərisində və
binanın arxası sanki Balaxanı zibilliyidi.