“Kristal“ MTK-nın rəhbərliyi dövlət proqramlarına qarşı çıxır? – Nəsimi rayonundan şikayət var
- 13-11-2019, 23:33
- 1 681
Paytaxtın Nəsimi rayonu 2-ci mikrarayon Hüseynbala Əliyev küçəsində “Kristal“ MTK-nin inşa etdiyi bina ilə bağlı da ciddi narazılıqlar var. Ətrafda yaşayan sakinlər adıçəkilən MTK-nın fəaliyyətindən ciddi narazılıq edirlər. Paytaxtın parking probleminin həlli istiqamətində dövlət səviyyəsində işlər görüldüyü, narahatlığın aradan qaldırılması istiqamətində ciddi layihələr həyata keçirildiyi bir vaxtda Kristal MTK ətrafdakı əraziləri zəbt edərək ciddi parklama problemi yaradıb. Vətəndaşların rahatlığını nəzərə almayan “Kristal“ MTK-nın rəhbərliyi dövlət proqramlarına qarşı çıxdığını əyani şəkildə sübut edir.
Mövzu diqqətimizdədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.