"Qusar rayonuna dəmir yolu çəkilməlidir" - Prezidentdən TAPŞIRIQ
- 13-11-2019, 22:37
- 943
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovu qəbul edərkən deyib.
Prezident ölkənin turizm zonalarından biri olan Qusar rayonu ilə bağlı da tapşırıqlar verib: “Kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir. “Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi. İndi mən göstəriş vermişəm ki, bu işlər də öz həllini tapsın”.