"Araz” marketdən vaxtı ötmüş kolbasa alan müştəri qəzəbləndi
- 7-11-2019, 11:31
- 819
Oxu.Az xəbər verir ki, vətəndaş almaq istədiyi “Cennet oxot” markalı kolbasanın istifadə tarixinin ötdüyünü bildirib.
Sosial şəbəkədə yerləşdirdiyi şəkildə görünür ki, kolbasanın istifadə tarixi noyabrın 2-də bitib. Qəzəblənən alıcı üzünü maqaza sahiblərinə tutub:
“Siz insanları zəhərləməkdən bezmədiniz? Doğrudanmı bi Veysəloğlunda hər şey bu cür idarə olunur? Bu cinayətdir ay adamlar”,
Şərhlərdə vətəndaş kolbasanın çürüdüyünü və ondan pis qoxu gəldiyini də açıqlayıb.