Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et!
- 5-11-2019, 14:40
- 1 231
Müsabiqə noyabrın 4-də saat 20:00-da başlayıb və noyabrın 6-sı saat 20:00-da başa çatacaq. Qaliblər noyabrın 7-də elan olunacaq.
Verilən məntiqi tapşırığı düzgün cavablandıran 10 nəfər “Nar” əməkdaşları ilə birgə noyabrın 9-10-da Göyçayda keçiriləcək Nar Festivalına gediş-dönüş qazanacaq. Qeyd edək ki, seçilən şəxslər özləri ilə daha 1 nəfəri də Göyçaya apara biləcəklər. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən ediləcək. Sualı düzgün cavablandıranların 5-i “Facebook” , 5-i isə “İnstagram” istifadəçiləri arasından seçiləcək.
Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.