Rövnəq Abdullayev əmr verdi: dənizdə iş dayandırıldı, 150 işçi sahilə çıxarıldı

Sosial

Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

SOCAR-a istinadla bildiririk ki, hazırda 150-ə yaxın əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq: "Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib. Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır".