Xaçmazın girişindəki “Telefonçu qız” abidəsi götürüldü - Foto
- 3-04-2017, 11:58
- 8 954
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovun verdiyi məlumata görə, yerindən götürülən heykəl Xaçmazda parklardan birinin ərazisində qoyulacaq. Lakin o, abidənin hansı zərurətdən götürüldüyünü açıqlamayıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri, Xaçmaz rayonun girişində inşa olunmuş bu abidə idi. Abidə ayağını ayağının üstündən aşırıb telefonla danışan müasir qadına həsr edilib. Sosial şəbəkədə bu abidə ilə bağlı rayon rəhbərliyi, abidənin ideya müəllifləri kəskin tənqid olunub. Bəziləri müasirliyi telefonla danışan qadınlarla assosiasiya edilməyin xüsusi məqsəd daşıdığını yazırdı.