Ən yaşlı və ən cavan rektorlar kimlərdi... - SİYAHI
- 30-10-2019, 10:19
- 1 130
Modern.az xəbər verir ki, ən yaşlı universitet rektorunun 92, ən gənc rektorun isə 40 yaşı var.
Bakı Dövlət Universitetinin rektoru: Elçin Babayev 1965-ci ildə dünyaya gəlib, 54 yaşı var.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru: Mustafa Babanlı 1968-ci ildə dünyaya gəlib, 51 yaşı var.
Azərbaycan Texniki Universitetinin rektoru: Vilayət Vəliyev 1960-cı ildə dünyaya gəlib, 59 yaşı var.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru: Ədalət Muradov, 1962-ci ildə dünyaya gəlib, 57 yaşı var.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru: Cəfər Cəfərov 1960-cı ildə dünyaya gəlib, 59 yaşı var.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru: Gülçöhrə Məmmədova 1953-cü ildə dünyaya gəlib, 66 yaşı var.
Bakı Slavyan Universitetinin rektoru: Nurlana Əliyeva 1946-cı ildə dünyaya gəlib, 73 yaşı var.
Azərbaycan Dillər Universitetinin rektoru: Kamal Abdulla 1950-ci ildə dünyaya gəlib, 69 yaşı var.
Bakı Mühəndislik Universitetinin rektoru: Havar Məmmədov, 1945-ci ildə anadan olub, 74 yaşı var.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru: Fərhad Bədəlbəyli 1947-ci ildə dünyaya gəlib, 72 yaşı var.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova 1964-cü ildə dünyaya gəlib, 55 yaşı var.
Azərbaycan Tibb Universitetinin rektoru: Gəray Gəraybəyli 1967-ci ildə dünyaya gəlib, 52 yaşı var.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru: Fuad Hacıyev 1962-ci ildə dünyaya gəlib, 57 yaşı var.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru: İbrahim Cəfərov 1956-cı ildə dünyaya gəlib, 63 yaşı var.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru: Urxan Ələkbərov 1943-cü ildə dünyaya gəlib, 76 yaşı var.
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru: Heydər Əsədov 1959-cu ildə dünyaya gəlib, 60 yaşı var.
Bakı Ali Neft Məktəbinin rektoru: Elmar Qasımov 1973-cü ildə dünyaya gəlib, 46 yaşı var.
Azərbaycan Diplomatik Akademiyasının rektoru: Hafiz Paşayev 1941-ci ildə dünyaya gəlib, 78 yaşı var.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru: Əziz Əliyev 1975-ci ildə dünyaya gəlib, 44 yaşı var.
Bakı Xoreoqrafiya Akademiyasının rektoru: Timuçin Əfəndiyev 1945-ci ildə dünyaya gəlib, 74 yaşı var.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru: Nərgiz Paşayeva 1962-ci ildə dünyaya gəlib, 57 yaşı var.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi: Nazim Əliyev 1959-cu ildə dünyaya gəlib, 60 yaşı var.
Dövlət Gömrük Komitəsinin Akademiyasnln rəisi Qulu Novruzov, 1970-ci ildə dünyaya gəlib, 49 yaşı var.
Sumqayıt Dövlət Universitetinin rektoru : Elxan Hüseynov 1948-ci ildə dünyaya gəlib, 71 yaşı var.
Gəncə Dövlət Universitetinin rektoru: Yusif Yusubov 1951-ci ildə dünyaya gəlib, 68 yaşı var.
Mingəçevir Dövlət Universitetinin rektoru: Şahin Bayramov 1979-cu ildə dünyaya gəlib, 40 yaşı var.
Naxçıvan Dövlət Universitetinin rektoru: Saleh Məhərrəmov 1965-ci ildə dünyaya gəlib, 54 yaşı var.
Azərbaycan Milli Konsevatoriyasının rektoru: Siyavuş Kərimi 1954-cü ildə anadan olub, 65 yaşı var.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru: Ömər Eldarov 1927-ci ildə anadan olub, 92 yaşı var.