Onun da gedəcəyi deyilir... - İDDİA
- 28-10-2019, 13:30
- 825
Xəbəri verən qaynaq iddia edir ki, yuxarı eşalonda müşahidə olunan dəyişikliklər fonunda növbəti islahat nəzərdə tutulub.
Mənbənin dia.az-a söylədikləri: "Yaxın vaxtlarda 64 yaşlı Fikrət Məmmədov ədliyyə naziri postundan alına bilər. Bu addım məhkəmə-hüquq sistemindəki islahatların fonunda cərəyan edəcək".
Qeyd edək ki, Fikrət Məmmədov 2000-ci ildən Ədliyyə naziri vəzifəsində çalışır. Nazir olduğu 18 il ərzində bir neçə dəfə onun istefaya göndərilməsi ilə bağlı təkliflər səsləndirilib.