ADİU-da imtahanları saxtalaşdıran şəbəkə ifşa olundu - İDDİA

Sosial

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron test imtahanını saxtalaşdıran və tələbələrə pul müqabilində əlavə bal verən şəbəkə ifşa olunub.

ADİU-dakı mənbədən əldə etdiyimiz məlumata görə, sözügedən şəbəkənin 4-5 nəfərlik üzvü tələbələrə pul müqabilində əlavə bal yazırmış. Onlar ADİU-nun əməkdaşları olub.

Hadisədən xəbər tutan ADİU-nun rektoru Әdalət Muradov qanunsuz əməllərə yol verən şəxsləri işdən qovub.

ölkə.az