Orta məktəbdə süpürgə, fond pulu yığan müəllim dövlətə sədaqətlə xidmət edə bilməz- SUMQAYITDA
- 1-10-2019, 10:21
- 956
Bu barədə məlumat verən mənbə hadisələrin neçə baş verdiyini, kökündə hansı problemlarin olduğunu diqqətimizə çatdırdı. Belə ki, ötən yazılarımızın birində “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovla bağlı nələr AÇIQLANDI? BİABIRÇILIQ” başlıqlı məqalə kifayət qədər oxucu kütləsi cəlb etdi. Əlbətdə ki, söhbət Sumqayıt şəhərindən və məmur fironluğundan bəhs etdiyi üçün oxucularımızın əksəriyyəti elə məhz sözügedən şəhəri təmsil edirdi. Xatırladaq ki, son ilər ərzində Sumqayıt şəhərinin bütün əraziləri, habelə parklar, binaların qarşısı və şəhərə giriş hissəsinin mənzərəli olduğu haqda ictimayətə geniş məlumatlar verilib.
Bütün bunlar Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcovun şəhərə sevgisindən, ən başlıca isə dövlət başçısına sədaqətindən irəli gəlir. Biz bununla Z. Fərəcovun “əl-ayağını yumaq” və “Teymur zülmünə” don geyindirmək fikrindən qat-qat uzaq olduğunu qeyd etməklə, bəzi qanunsuz əməlləridə çox hörmətli oxucularımızın ixtiyarına veririk. İş olan yerdə nöqsan qaçılmazdır. Orta məktəbdən böyük bir şəhərin icra başçısının birinci müavini postuna işıq sürəti ilə üçmaq sözünhəqiqi mənasında şübhələr doğurur. Məsələnin mahiyyətini nəzərə alıb çoxlu suallərin bir qismini ünvanlamaq istəyirik. Bir halda ki, şagirdlərin süpürgə, fond, müəllim və digər adlar altında yığılan pulların “şirinliyini dadan” şəxs, daha böyük pullar gördükdə rüşvətə səcdə edər, yoxsa etməz? Çox arzulayardıq ki, sualımıza ilk öncə Zakir Fərəcov, daha sonra Teymur Səmədov cavab versin.
Birincinin suala cavabı çox güman ki, etibarlığı və inamıdır. Bəs şəhərdə uşaq baxçalarından, təhsildən, səhiyyədən və digər sahələrdən yüz minlərlə gəlir əldə edən(bu rəqəm olduqca azdır) T. Səmədov hansı cavabı verəcək? Bir halda ki, 11 saylı uşaq baxçasında valideyin 300-400 manat ödəməklə körpəni baxçaya yerləşdirir, hansı görülən işdən danışmaq olar, ay Teymur müəllim. Məgər dövlətin vətəndaşlara göstərdiyi qayğı sizin kimi harınlanmış məmurların hesabınadırmı? Əsla elə deyil. Dövlət hər zaman öz vətəndaşına sahib çıxıb. Problemlərin istiqamətində lazımı addımlar atıb. Nə üçün Sumqayıt şəhərindən PA qalağ-qalağ “şanlı məktublar” getməlidir? Olmazdımı şəhər sakinləri icra başçısının gördüyü işlər barəsində dövlət başçısına öz minnətdarlıqlarını bildirsinlər? Olmazdımı Milli Şuranın mitinqini təmsil edən ən çox Sumqayıt şəhər sakinləri olmasın?
Olmazdımı, şəhərin keçmiş Səhiyyə Şöbəsinin müdiri Nəriman həkimdən böyük rüşvət tələb etməyəydiniz? Təbii ki, olardı. Amma sizin tək amalınız şəxsi büdcənizi artırmaq və şəhərdə müəllim kollektivini həyacan içində saxlamaqdır. Şəhərin icra başçısı Zakir Fərəcovu və aidiyyəti qurumları əmin edim ki, Teymur Səmədovun iş prinsipi sıfıra bərabərdir. Dəlillər və sübütlar bunu deməyə əsas verir. Bəlkədə birinci müavin şəhər sakinlərinin narazılıqlarını ciddi qəbul etmir. Orta məktəbdən elə bir yüksək posta transfer olan şəxs heç bir halda vətəndaş-dövlət münasibətinin hansı səviyyədə olduğunun fərqinə varmaz. Əldə etdiyimiz dəqiq məlumatlara görə, Teymur Səmədov Mədəniyyət Şöbəsinin müdiri və eyni zamanda qudası Mehman adlı şəxslə vəzifə bölgüsü aparır. Orta məktəb və uşaq baxçalarından pulyığımına isə Aynur adlı işçisi nəzarət edir.
Maraqlı məqamlardan biri isə Sumqayıt şəhərin 70 illiyi ilə bağlıdır. Məlumat vermişdik ki, şəhərin 70 illiyi ilə bağlı Sumqayıt ŞİH başçısı Zakir Fərəcov yüksək səviyyədə işlər görür. Lakin bütün bunların muqabilində etibar etdiyi şəxs, yəni birinci müavini Teymur Səmədov uğurlara kölgə salmaqla yanaşı şəxsi maraqlarına xidmət edir. Şəhərin 70 illiyi ilə bağlı tədbirə ölkə başçısı İlham Əliyevin iştirak edəcəyi gözlənilir. Əhalinin isə son ümüd yeri də məhz budur. Həşəmətli birinci müavinin qanunsuz əməllərindən bezən şəhər sakinləri şikayətlərini birbaşa ölkə başçısına yazılı formada təqdim etmək fikrindədirlər. Pozulmuş hüquqlarınin bərpa olunması istiqamətində müsbət irəlləyiş olmasa, nümayişkarana şəkildə özünü icra hakimiyyətinin qarşısında yandıraraq intihar edəcəyini bildirir.
Məsələni diqqətimizdə saxlayıb, yenidən mövzüya qayıdacayıq.
DOSYE.ORG