Sumqayıtda lift problemi bitib-tükənmir - ŞİKAYƏT
- 30-09-2019, 15:52
- 991
Xeberlent.az-a şikayət edən sakinlər bildiriblər ki, 35-ci binanın 7-ci blokunda 1 həftədir ki, lift işləmir: "Əvvəl bir neçə gün fasilələrlə işləsə də, son bir həftədir ki, ümumiyyətlə dayanıb. Dəfələrlə lift xidmətinin nömrələrinə zəng vursaq da, problem öz həllin tapmır. Binada xəstə, yaşlı adamlar yaşayır, məktəblilər əziyyət çəkirlər. Xahiş edirik, aidiyyatı qurumlar məsələyə müdaxilə etsinlər, bəlkə problem həll edilə".