Buradan xəbərin varmı, cənab Şirəliyev? - GİLEY

Sosial

"Hazırda "Semaşko"dayam. Bura rəsmən bazardır. Yaxn qohumum burada "mrt" olunmalıdır. Gəlmişik. Əvvəlcə, 160 manat istədilər, sonradan etiraz etdik 120 manat aldılar. Bilmirik, bura dövlət xəstəxanasıdır, yoxsa, bazar?". Bunu DİA.AZ-a şikayət edən vətəndaş 1 saylı Şəhər Kliniki Xəstəxanasında rəsmən bazar açıldığını iddia edir.

Narazı vətəndaş bildirir ki, həkimə etiraz etdikm və göstərilən tibbi xidmətə görə çek tələb etdik:

"Əvəzində sanki bizi şantaj etdilər. Dedilər ki, isizin "napravleniya"nz yoxdur. Anlamıram. İndi mən dövlətin xəstəxanasına göndərişsiz müraciət edə bilmərəm?"

Vətəndaş sonda DİA.AZ vasitəsilə Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edir: "Cənab Şirəliyev, sizin buradan xəbəriniz varmı? Burda insanların dərisini soyurlar".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...