“Nəqliyyatın idarəetmə sistemi bərbaddır” - RƏY

Sosial

Bakıda nəqliyyat problemlərini doğran səbəb nəqliyyat vasitələrinin çox olması ilə bağlı deyil.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov bildirib:

“Bakı miqyasda çoxsaylı şəhərlər var ki, orada nəqliyyat vasitələrinin sayı Bakıdakından bir neçə dəfə çoxdur. Amma bu cür qarışıqlıq yoxdur. Səbəbləri görünür dərindən öyrənmək lazımdır.

İlk baxışdan görünən bunlardı:

1. Nəqliyyatın idarəetmə sistemi bərbaddır.
2. Nəqliyyat sistemini tənzimləyən qurumlar arasında nəinki əməkdaşlıq mövcud deyil, hətta rəqabət var.
3. Sürücü mədəniyyəti çox aşağıdır.
4. Qayda pozanlara münasibətdə selektiv yanaşma var”.