Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovla bağlı nələr AÇIQLANDI? BİABIRÇILIQ
- 26-09-2019, 11:43
- 2 885
Əlbətdə ki, şəhərin daxilində aparılan bütün təqdirəlayiq işlər yüksək qiymətləndirməklə yanaşı, şəhərin daha da gözəlləşməsinə gətirib çıxarır. İllər öncə Sumqayıt şəhərinə nəzər yetirdikdə görərik ki, aparılan abadlıq işləri şəhərə və ümümiyyətlə vətənə olan sevgidən irəli gəlir. Məqsədimiz Sumqayıt ŞİH başçısı Zakir Fərəcova tərif yağdırmaq deyil, şəhərə olan məhəbbətindən yazmağdıq. Bu barədə kifayət qədər istər şifahi, istərsə də yazılı məlumatlar vermək olar. Bütün bunları görməmək ən azında insanı baxımından qəbuledilməzdir. Lakin şəhərin abadlaşdırılması istiqamətində tək icra başçısı deyil, bütün icra strukturu çalışmalıdır.
Görünən tərəf odur ki, bəzi məmurlar öz şəxsi mənafeylərini güdməklə yuxarıda qeyd etdiklərimizin fərqində deyillər. Nəzərinizə çatdıraq ki, ötən yazılarımızda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovla bağlı bəzi məqamlara toxunmuşduq. Tam səmimi qeyd edək ki, Zakir Fərəcovun etibar etdiyi bu şəxs təhsil, mədəniyyət, səhiyyə və uşağ baxçalarında manapoliya yaradıb. Yəni, qudası ilə əlbir olaraq şəhərdə böyük narazılıqlar yaratmaqla, bir növ şəhər sakinlərini icra başçısına qarşı çıxartmaq kimi qəbul edilir.
Konkret olarq bildirək ki, adını hallanmağını istəməyən Sumqayıt şəhər sakini nəvəsini 1-ci mk ərazisində yerləşən 11 saylı baxçaya yerləşdirmək üçün 300-400 manat rüşvət verməlidir. Əks təqdirdə valideyinə bildirilir ki, Teymur Səmədov zəng edib sizi tapşırsın.
Dosye.org olaraq bütün baş verən hadisələrlə bağlı bizə üz tutan şəhər sakinlərini dinləməyə hazır olduğumuzu dəfələrlə qeyd etmişik. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Zakir Fərəcovun qram-qram və zərgər dəqiqliyi ilə qurduğu Sumqayıt şəhərini, eyni zamanda şəhər sakinlərinin qazandığı rəğbətinə kimlərsə kölgə salmağa çalışır. Burdan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədova bildirmək istəyirik ki, Sumqayıt şəhərində dövlət əhmiyyətli obiyektlər ancaq və ancaq dövlətə məxsüsdur. “Dövlətə xidmət” edirəm adı altında vətəndaşları narazı salmaq və onları dövlətə qarşı süründürmək ən azından dövlətə və vətənə xəyanətdir. Axı, bu vətəni rüşvətlə uşağ baxçasına gedən körpələr qoruyacaq. Sizdə rüşvətlə uşağ baxçasına getmisiniz? Valideyin rüşvətlə uşağ böyüdub boya-başa çatdırsın, 18 yaşında sizin kimi məmur qolundan tutub “vətən borcunu ver” deyərək həqiqi hərbi xidmətə yola salsın. Əlbətdə ki, vətən hər birimizindir və ondan ötrü canımızdan keçməyə hazır olmalıyıq. Niyə məhz VƏTƏN məhz sizin balalarınızın deyil, rüşvətlə baxçaya gedən balalarımızın olsun? Axı, bu VƏTƏN hamımızındır….
Odur ki, sizə həvalə olunan vəzifəni ləyaqətlə yerinə yetirin. Gələcək nəsl “rüşvətxor məmur” deyə sizlərə arxa çevirməsin. Məlum məsələdir ki, dünyanın bütün ölkələrində rüşvət sözünü deyir. Bu danılmaz faktdır. Lakin sizin körpələrin puluna göz dikməyiniz dünyanın heç bir ölkəsində qəbul edilməz. Axı, nədir məqsədiniz? Yazdıqlarımızı şər, böhtan adlandıra bilərsiniz. Bəlkə də, sizə sübüt edəcəyimiz qədər imkan daxilində olmayaq(söhbət məhkəmələrdən gedir). Bu o demək deyil ki, törətdiyiniz əməllər nə zamansa tarixdən silinəcək. Şəhərdə bütün orqanlara siz nəzarət edə bilərsiniz, başadüşüləndir. Başçının birinci müavini əlbətdə söz sahibidir. Amma unutmayaq ki, neçə-neçə yüksək çiyinli məmurlar dəmir barmaqlar arasında keçmişlərini analiz edib.
“Təkrar biliyin anasıdır” deyərək yenidən əvvələ qayıdırıq. Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun min əziyyət hesabına abadlaşdırdığı Sumqayıt şəhərinin gəlirli sahələrindən əl çəkin. Şəhər sizin şəxsi malınız və dövlətiniz deyil. İmkan verin Z. Fərəcov şəhərin 70 illiyi ilə bağlı mühüm işlər görsün. Şəhər sakinlərini icra başçısından və dövlətdən narazı salmayın. İnanıram ki, bundan sonra bütün neqativ hallar qisməndə olsa sizin tərəfinizdən yığışdırılacaq. Araşdırmalarımız davam edir…
DOSYE.ORG