SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Koroğlu"nun içindən qurd çıxdı - FOTO

"Koroğlu"nun içindən qurd çıxdı - FOTO

Tarix:

30-03-2017, 13:23

/ 17 976 dəfə oxundu.
"Koroğlu"nun içindən qurd çıxdı - FOTO

Azərbaycan bir çox parametrlərinə görə gerçəkdən də anoloqu olmayan ölkədir. Daha doğrusu, buna anoloqsuzluq yox, tayı-bərabəri olmayan eybəcərlik və ya əcaiblik deyilməsi daha məntiqli olardı. Torpaqlarının 20 faizi işğalda olan bir məmləkətin nəinki kafe, çayxana, restoran və şadlıq sarayları, hətta dönərxanalarına yağı tapdağındakı məşhur məkanlarımızın adını qoyub insanlarımıza ermənidən betər gözdağı verirlər.

Bu azmış kimi, bəzi firma və şirkətlərimiz də fəaliyyətə başlayarkən özlərinə qəribə adlar seçirlər və günlərin bir günü işləri dolaşığa düşəndə seçdikləri ad onların nəinki dadına çatmır, əksinə, kal armud olub hulqumlarına tıxanır...

Elə "Koroğlu" şirkəti kimi. Koroğlu adı gələndə yaşlı və orta nəsil başı dumanlı-sisli Çənlibeli xatırlayar və Qıratın belindəki igid pəhləvanın qəhrəmanlıqlarıını xatırlayar. Amma zəmanəmizin qəhrəmanı olan "Koroğlu" bir şirniyyat firmasının adıdır. Azərbaycana xaricdən şirniyyat gətirən bu şirkətin məhsulları ölkənin bütün ticarət şəbəkələrinin piştaxtalarını bəzəyir.

Amma əməkdaşı paytaxtdakı "Araz" supermarketindən konfet alarkən ağlına da gəlməzdi ki, evə çatar-çatmaz onu Koroğlu deyil, ürəkbulandıran mənzərə - qurd qarşılayacaq. Belə ki, saytın əməkdaşı evə çatıb konfetdən birinin kağızını çıxararaq azyaşlı övladını sevindirmək istəyərkən şoka düşüb. Konfetin içərisindən böyük bir qurd çıxaraq hamını "salamlayıb"...

Dərhal konfeti supermarketə qaytaran əməkdaşımız piştaxtadan "Koroğlu" firmasına aid həmin məhsulların dərhal yığışdırılmasını tələb edib və market rəıhbərliyi də üzrxahlıq edərək onun tələbini yerinə yetirib.

moderator

"Koroğlu"nun içindən qurd çıxdı - FOTO
"Koroğlu"nun içindən qurd çıxdı - FOTO
"Koroğlu"nun içindən qurd çıxdı - FOTO

Şərhlər

XƏBƏR LENTİ