Sumqayıtda 22 saylı orta məktəbdə nə baş verir? - ŞOK VİDEO
- 21-09-2019, 06:10
- 1 521
Qeyd edək ki, 22 saylı orta məktəbin adı bir neçə il öncə də mediada hallanıb. Belə ki, 2016-cı ilin yanvarında elə T. Səfərovanın direktoruluğu dövründə məktəbin İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında Kənan Xankişizadə adlı şagirdin başına çox sayda zərbələr endirib.
Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edib. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edib. O zaman T.Səfərova mediaya açıqlamasında bildirib ki, “İdris müəllim, əslində, yaxşı müəllimdir. Sadəcə, deyir ki, neçə dəfədir həmin şagirdə nöqsanlar tutub. Müəllimin dediyinə görə, şagird gah summativ verməyib, gah yazmağa qələmi olmayıb. Bir neçə günlük əsəbini tarix müəllimi uşağı döyməklə çıxıb.”
Bundan əlavə 2017-ci ilin yanvarında 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 13, 14 saylı seçki məntəqələrinin kollektivi adından Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət məktubu ünvanlanıb. Xeberle.com saytında dərc olunan məktubda 13 və 14 saylı seçki məntəqələrinin kollektivi bildirib ki, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin tərkibinə daxil olan 13 və 14 saylı seçki mənrtəqələri Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdədir. Məktəbin direktoru Səfərova Tahirə həm də 13 saylı seçki məntəqəsinin sədridir. Hər 2 mətəqədə məktəbin müəllimləri var. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar 2017-ci ilin 11 yanvarından 30 yanvarınadək məntəqə işinə cəlb edildik.
İşlədiyimiz 20 gün üçün ortalama 70 manat maaş aldıq. Maaşımızı alar-almaz seçki məntəqəsinin sədri Səfərova Tahirə 43 saylı üçüncü seçki dairəsi adına məntəqədə işləyən müəllimlər olaraq hər birimizdən 20 manatdan pul yığdı. Seçkidə olduğumuz 20 gün ərzində bəzilərimiz dərs saatlarımızı keçdiyimiz üçün buna görə də maaşımızın bir qisminə də əl qoyub. Məktəbin direktoru olduğundan hər 2 məntəqə buna etiraz edə bilmədi. Bizə deyir “qulaqlarınızda sırğa edin, bu iş müvəqqətidir, öz işiniz isə daimi yenə mənə tabesiniz”. Lakin bu məsələ ilə bağlı Xeberle.com saytı məktəb direktorunun mövqeyini öyrənə bilmədiklərini qeyd edib.