Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO
- 17-09-2019, 11:40
- 1 056
Ailələrinin təminatını ödəmək naminə, burada təsərrüfatın saxlamağa məcbur olan vətəndaşlar iddia edir ki, Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri Həsənalıyev Şikar və Qaradağ rayon icra başçısının müavini Muradov Nadir onlardan 3000 manat pul istəyib. Amma onlar deyilən məbləği ödəyə bilməyəcəklərini bildirdikdən sonra 01.08.2019-cu il tarixdə gecə saatlarında fermanın tikililəri dağıdılıb.
Qaradağ rayon İcra Hakimiyyəti ilə bir qrup vətəndaş arasında ziddiyyətə səbəb olan Qaradağ rayon Şankar qəsəbəsi qışlaq ferması Qaradağ rayonunun inzibati ərazisi olmasına baxmayaraq, ərazi Müdafiə Nazirliyinin balansındadır. Məhz buna görə də şikayətçilər Qaradağ rayon İcra Hakimiyyətinin bu əməlini qanunsuz adlandırırlar.