Daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətləri bu həftə Abşeron rayonu, Masazır qəsəbəsinin sakinlərinə göstəriləcək
- 2-09-2019, 11:57
- 757
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu həftə səyyar qeydiyyat xidmətlərindən Masazır qəsəbəsinin sakinləri yararlanacaq. Belə ki, sosial aksiya 03-06 sentyabr tarixlərində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 798 (Əliağa Vahidin heykəli və “Zirvə” İdman klubunun yanında) ünvanında keçiriləcək. Vətəndaşlar əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar ofisə müraciət edə bilər.
Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər verilir və onları maraqlandıran suallar cavablandırılır. Eyni zamanda sakinlərə elektron çıxarışın əldə edilməsi və ondan istifadə qaydaları, tələb olunan sənədlər, xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilir.