Sahibkar Səfər Mehdiyevdən prezidentə şikayət etdi... - "Sahibkarlıq fəaliyyətimə mane olurlar..."
- 2-09-2019, 09:23
- 875
"Möhtərəm Prezident! Mənə aid mallar (3 maşın üzlük plitələri) Səfər Mehdiyev DGK-nın sədrinin 1-ci müavini olan dövrdə gömrük ərazisində (Astara Gömrük İdarəsi) oğurlandı. Bu məhkəmə qaydasında öz sübutunu tapdı. Hal-hazırda həmin mallara görə DGK Astara Gömrük İdarəsinə 39697 manat məbləğində məhkəmə tərəfindən təzminat qərarı qəbul edildi. Mənim mallarımı oğurladan və yaxud da bunun açılmasının qarşısını alan Səfər Mehdiyev hal-hazırda DGK-nın sədridir. Həmin malların oğurlanmasında birbaşa əli olan Natiq Cəfərli isə yenə gömrük orqanlaqında işləyir.
Görünür Natiq Cəfərli Səfər Mehdiyevə yaxşı "xidmət" göstərir. Astara İcra və Probasiya şöbəsi nədənsə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icrasını qanunsuz olaraq ləngidir. Səfər Mehdiyev isə təzminat məbləğini ödəmək əvəzinə mənim sahibkarlıq fəaliyyətimə tam mane olmaqla məşğuldur. Sual olunur bəyəm DGK Səfər Mehdiyevin şəxsi idarəsimidir ki, istədiyini edir. Məhkəmə qərarları dövlətin adından qəbul edilir və qanuni qüvvəyə mindikdən icrası məcburidir. Bəyəm Səfər Mehdiyev bunu bilmirmi? Məhkəmə qərarlarının icrasına məsul olan şəxslər Astara İcra və Probasiya şöbəsinin rəisi və əməkdaşları bunu bilmirmi? Əlbəttə bilirlər, lakin icra etmirlər. Ona görə də Səfər Mehdiyev kimi qanun pozan yüksək çinli məmurlar istədiklərini edirlər. Ümidvaram ki, bu məktub Sizə çatan andan artıq Səfər Mehdiyev kimilərinin istədiyini etməsinin qarşısı alınacaqdır".
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...