Baş redaktor “Azercell”i məhkəməyə verir
- 27-08-2019, 10:49
- 744
““Azercell” şirkəti rəsmən fırıldaqçılıq və dələduzluq edir. Qiymətləri at belində, bu, cəhənnəm, bəs normal interneti niyə vermirsən, Azercell! İndi bu dələduzlarla nə etməli?” – Bunu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı yazıb. O bidirib ki, Azərbaycandan Türkiyəyə keçən kimi “Azercell”dən belə bir mesaj gəlib: “Turkiyeye xos gelmisiniz! Artiq Turkiyede BUTUN operatorlarin shebekelerinde 1GB=19.9 AZN ve 400MB=9.90 AZN internet paketlerinden faydalana bilersiniz! 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES yigin.” Sən də bu mesaja inanıb deyilənləri edirsən və “Azercell” belə bir mesaj göndərir: “1GB rominq Internet paketi aktiv edildi. 14 gun erzinde istifade ede bilersiniz.” Amma internetdən ümumiyyətlə istifadə etmək mümkün deyil. 19 ildir aralıqsız Azercell-dən istifadə edirəm. Bu da bunların mükafatı. İstanbulun ortasında internet lazım, pulunu ödəmisən, bunlar internet vermirlər. Bunu verə bilməyəcəksiniz, niyə öhdəlik götürürsünüz?”
Baş redaktor çıxış yolunu Azercell-i məhkəməyə verməkdə görür: “Təbii ki, məhkəməyə verməli və ictimai qınaq yaratmalı! Dələduz və fırıldaqçıya ictimai qınaq kar edərmi?!Kütləvi məhkəməyə vermək lazımdır bunları”.