“Amay Abdulla” ilə bağlı prezidentə müraciət edildi - Video
- 20-08-2019, 15:22
- 896
Bu gün binanın sakinləri yenidən bir araya gələrək iş adamından şikayət etmək üçün Prezident Administrasiyasına getmək barədə qərar qəbul ediblər.
Sakinlərdən Müşfiq Nəcəfov bildirib ki, Abdulla Abdullayevin səyi nəticəsində bina problemli tikililər siyahısına salınıb.
“Amma biz sakinlər toplaşaraq natamam vəziyyətdə olan binanı yaşayış üçün yararlı hala gətirmişik. Kommunal problemləri həll etmişik, damını düzəltdirmişik, lift qoydurmuşuq. Artıq 52 nəfər yaşayır, 105 nəfər isə mənzillərində təmir işləri aparır ki, bu da artıq tamamlanmaq üzrədir.
Biz istəyirik ki, bina problemli tikililər siyahısından çıxarılsın, qeydiyyata alınsın və sakinlərin ixtiyarına verilsin. Çünki “Amay Abdulla”dan çəkdiyimiz çəkmişik. Yenə də zillətə düçar olmaq istəmirik”,- deyə Müşfiq Nəcəfov bildirib.
O, əlavə edib ki, sakinlərlə Prezident Administrasiyasında qəbula gedirlər. “Ümid edirik ki, bizi dinləyib problemin həllinə yardım edəcəklər və nəhayət, biz rahat yaşaya biləcəyik. Bir nəfərə görə bu qədər insanın əziyyət çəkməsi yolderilməzdir”.
Yenisabah.az