Qəzada yaralanan tələbələrdən xəbər var
- 28-03-2017, 13:01
- 1 445
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdəki tələblərin hamısı vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar.
Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.dünyasını dəyişib, 20 nəfər isə yaralanmışdı.