Əmək pensiyalarının minimum məbləği artdı - Prezidentdən SƏRƏNCAM
- 14-08-2019, 18:43
- 897
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.
Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”