Polis maşını sürən mülki geyimli şəxs qırmızıda keçdi - VİDEO

Sosial

Qaydaları pozaraq təhlükə yaradıb
Ağstafa şəhərində qayda pozan polis avtomobilinin sürücüsü Avtosfer.az-ın kamerasına düşüb.
Belə ki, iyulun 25-də Ağstafa şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan 90-PZ-328 qeydiyyat nişanlı Mühafizə Polisinə məxsus avtomobili idarə edən mülki geyimli şəxs, svetoforun qırmızı işığında hərəkət edib. Bununla da qaydaları kobud şəkildə pozaraq təhlükə yaradıb.

Videogörüntünü sizə təqdim edirik.